Əsədin yerinə müvəqqəti olaraq onu təyin etdilər

Əsədin yerinə müvəqqəti olaraq onu
Suriya
Dünya 10-12-2024 - 17:15

Suriyada müvəqqəti hökumətə yeni rəhbər təyin edilib.

Ajans.az xəbər verir ki, sözügedən vəzifəyə “Həyat Təhrir əl-Şam” qruplaşmasının lideri Əbu Məhəmməd əl-Culaninin müttəfiqi Məhəmməd əl-Bəşir gətirilib.

O, keçid hökumətinin prioritetlərinin “təhlükəsizlik sektorunda nəzarət, xidmətlərin göstərilməsi və hakimiyyətin mərhələli keçidinin təmin edilməsi” olduğunu bildirib.

Məhəmməd əl-Bəşir İdlib əyalətini idarə edən Suriya Xilas Hökuməti adlanan quruma rəhbərlik edib.

“Bizə 2025-ci il martın 1-dək Suriya hökumətinin işlərini idarə etmək tapşırılıb”, – Məhəmməd əl-Bəşir müraciətində bildirib.

PAYLAŞ: