Səhərlər idman etmək üçün 6 səbəb
Terapevt və kardioloq İvan Stepanenko səhər məşqlərinin vacib olması ilə bağlı altı səbəb qeyd edib.
Ajans.az xəbər verir ki, mütəxəssisin fikrincə, idman şişkinliyi azaltmağa kömək edir.
“Fiziki aktivlik maddələr mübadiləsini və çəki nəzarətini yaxşılaşdırır ki, bu da diabet və piylənmənin qarşısını almaq üçün vacibdir”, - deyə, həkim bildirib.
Səhər idmanı yaddaş, diqqət və konsentrasiya da daxil olmaqla koqnitiv funksiyaları yaxşılaşdırır. Bundan əlavə, idman əhvalınızı da yüksəldir.
Stepanenko əlavə edib ki, idman ürək-damar xəstəlikləri riskini azaldır və həmçinin kofein istəyinin öhdəsindən gəlməyə kömək edir. Nəhayət, müntəzəm məşq sayəsində faydalı vərdiş yaranır.