Rusiyanın daha bir hava limanı “Xalça” planını TƏQDİM ETDİ

Rusiyanın daha bir hava limanı “Xalça” planını
Nijni Novqorod
Dünya 14-03-2025 - 11:34

Nijni Novqorod hava limanında uçuşlara məhdudiyyətlər tətbiq edilib.

Ajans.az xəbər verir ki, bu barədə Rosaviasiyanın mətbuat katibi Artem Korenyako “Telegram” kanalında məlumat verib.

Rusiyanın digər hava limanı Striginoda “Xalça” planı Moskva vaxtı ilə saat 9:57-də fəaliyyətə başlayıb. Hava limanı müvəqqəti olaraq uçuşları qəbul etmir və ya buraxmır.

Martın 14-də səhər saatlarında paytaxtın Vnukovo və Kaluqanın Qrabtsevo şəhərlərində də məhdudiyyətlər tətbiq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: