Rusiya 2030-cu ilə qədər NATO-ya hücum edəcək - Federal Kəşfiyyat Xidmətinin rəhbəri
Rusiya 2030-cu ilə qədər NATO-ya hücum edə bilər.
Ajans.az-ın məlumatına görə bunu Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kal deyib. "Rusiya silahlı qüvvələri bu onilliyin sonundan gec olmayaraq NATO-ya zərbə endirməyə hazır olmalıdır", - o, Bundestaqın Parlament Nəzarət Komitəsində keçirilən dinləmələrdə bildirib.
Kala görə, Kreml Almaniyaya rəqib kimi baxır, çünki Berlin Kiyevin ikinci ən böyük dəstəkçisidir. O, həmçinin vurğulayıb ki, NATO-nun Qarşılıqlı Müdafiə bəndinə müraciət etmə ehtimalı qarşıdakı illərdə də yüksək olaraq qalacaq.
Vladimir Putin təkcə Kremlin Avropadakı təsirini genişləndirməyə deyil, həm də ABŞ-ın hərbi mövcudluğunu qitədən sıxışdırmağa çalışır, çünki ABŞ-ın müdafiə xərcləri Avropa İttifaqının xərclərini əhəmiyyətli dərəcədə üstələyir.