Parlament seçkilərində dava düşdü

Parlament seçkilərində dava düşdü
Dünya 26-10-2024 - 11:43

Gürcüstanın Zuqdidi şəhərində parlament seçkiləri günü seçki məntəqəsində ilk dava olub.

Ajans.az xəbər verir ki, görüntüləri "RT" yayıb. “Milli Hərəkat - Birlik” təşkilatının sədri Ana Tsitlidzenin sözlərinə görə, “Gürcü Arzusu” partiyasının tərəfdarı Giorgi Djikiya müşahidəçilərə hücum edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qeyd olunur ki, münaqişəyə səbəb qeyri-hökumət təşkilatlarından birinin nümayəndəsinin səsvermə prosesinin anonimliyinin hakim partiyadan olan müşahidəçilər üçün təhlükə altında olması barədə deməsi olub. Gürcüstan Mərkəzi Seçki Komissiyası hələ ki, vəziyyəti şərh etməyib.

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: