Reklam resmi
Reklam resmi

Trampın gəlirləri ARTIB

Trampın gəlirləri ARTIB
Dünya

ABŞ Prezidenti Donald Trampın gəlirləri son səkkiz il ərzində təxminən dörd dəfə artıb.

Ajans.az xəbər verir ki, bu barədə The New York Times (NYT) nəşri məlumat yayıb.

Nəşrin hesablamalarına görə, Trampın ilk prezidentlik dövründə onun biznes imperiyasının əsas gəlir mənbələri qolf klubları və daşınmaz əmlak olub. 2017-ci ildə ümumi gəliri 594 milyon dollar təşkil edib ki, bunun da təxminən 528 milyon dolları məhz bu sahələrdən əldə olunub.

NYT yazır ki, ikinci prezidentlik müddətində Trampın biznes strukturu əhəmiyyətli dərəcədə dəyişib. Nəşrin qiymətləndirməsinə əsasən, 2025-ci ildə onun ümumi gəliri 2,24 milyard dollara çata bilər.

Bildirilir ki, Tramp ailəsinə məxsus World Liberty Financial kriptovalyuta şirkəti təxminən 800 milyon dollar, Trampın adını daşıyan kriptovalyuta isə əlavə 636 milyon dollar gəlir gətirib.

Eyni zamanda, qolf klubları və daşınmaz əmlak biznesindən əldə olunan gəlirlər cəmi 4 faiz artıb və artıq ümumi gəlirin dörddəbirindən az hissəsini təşkil edir.

Nəşrin məlumatına görə, Yaxın Şərqdə həyata keçirilən beynəlxalq layihələr Trampa təxminən 125 milyon dollar qazandırıb.

Bundan əlavə, 2025-ci ildə müxtəlif kommersiya razılaşmalarından təxminən 117 milyon dollar gəlir əldə olunub. Tramp brendi ilə satışa çıxarılan saatlar, kitablar və İncil nüsxələrinin satışından isə əlavə 17 milyon dollar gəlir götürüldüyü bildirilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Donald Tramp

Digər Xəbərlər