Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi əlilliyi olan şəxslərin məşğulluğunun artırılması istiqamətində tədbirlərini davam etdirir. Cari ildə Agentliyin dəstəyi ilə 2 100 əlilliyi olan şəxs münasib işlə təmin edilib.
Ajans.az xəbər verir ki, eyni zamanda, onların əmək bazarına çıxışının artırılması məqsədilə peşə hazırlığı kursları təşkil olunub.
Cari ildə 224 əlilliyi olan şəxs bu kurslara cəlb edilib və təlimləri uğurla başa vuranların işlə təmin olunmasına dəstək göstərilib.
Mövzular: