Reklam resmi
Reklam resmi

Millətin gələcəyi təhlükə altındadır-Putin

Millətin gələcəyi təhlükə altındadır-Putin
Dünya

Rusiya Prezidenti Vladimir Putin ölkə üçün son beş ilin çətin və həlledici dövr olduğunu bildirib.

Ajans.az xəbər verir ki. bu barədə o, Dövlət Dumasının deputatları ilə görüşü zamanı danışıb. Məlumatı RİA Novosti agentliyi yayıb.

"Son beş il – parlament üzvü kimi fəaliyyət göstərdiyiniz dövr – ölkəmiz üçün çətin və son dərəcə həlledici olub", – deyə Putin bildirib.

Prezident hazırkı mərhələni Rusiya tarixində taleyüklü dövrlərdən biri kimi qiymətləndirib. Onun sözlərinə görə, bu dövrdə ölkənin və xalqın gələcəyi ilə bağlı mühüm qərarlar qəbul edilir.

Putin çıxışında Rusiyanın qarşısında duran çağırışların ölkənin gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Vladimir Putin

Digər Xəbərlər