Reklam resmi
Reklam resmi

Rusiyada FACİƏ: Yeniyetmə telefonunu şarj edərkən faciəvi şəkildə ÖLÜB

Rusiyada FACİƏ: Yeniyetmə telefonunu şarj edərkən faciəvi şəkildə ÖLÜB
Dünya

Rusiyanın Yakutsk şəhərində 15 yaşlı məktəbli telefonunu şarj edərkən baş verən hadisə nəticəsində həyatını itirib.

Ajans.az SHOT Telegram kanalına istinadən xəbər verir ki, yeniyetmə Verxnevilyuyski rayonuna getmək üçün nəqliyyat gözləyərkən mobil telefonunu elektrik şəbəkəsinə qoşaraq enerji yığmağa çalışıb.

İddialara əsasən, bir müddət sonra şarj qurğusu və ya batareya həddindən artıq qızaraq partlayıb. Yeniyetmə sinə nahiyəsindən ağır yanıq xəsarətləri alıb və hadisə yerində ölü tapılıb.

İlkin məlumata görə, hadisənin səbəbi keyfiyyətsiz, ucuz istehsal olunmuş şarj cihazı ola bilər. Bildirilir ki, məhz bu qurğu telefonun alışmasına səbəb olub.

Hadisənin dəqiq səbəbi hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmanın nəticələrindən sonra məlum olacaq. Hazırda rəsmi ekspertiza davam edir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Yakutsk şəhəri

Digər Xəbərlər