İranda həyati vacib dərmanlar TÜKƏNİR
Bu gün İran parlamentinin Səhiyyə Komissiyasının sözçüsü Salman İshaqi ölkədə dərman çatışmazlığının ciddi və kritik səviyyəyə çatdığını açıqlayıb.
Ajans.az Mehr News-a istinadən xəbər verir ki, idxal olunan xammalın təminatında yaranan problemlər dərman qiymətlərinin də artmasına səbəb olub. İshaqi bildirib ki, dərman böhranının əsas səbəbləri valyuta çatışmazlığı, büdcə vəsaitlərinin ayrılmasında gecikmələr, zəif idarəetmə, müharibə və beynəlxalq sanksiyalardır.
Mövzular: