Reklam resmi
Reklam resmi

Berlində avtomobil izdihamı: ÖLƏN VAR

Dünya

Almaniyanın paytaxtı Berlində avtomobilin izdihamın arasına girməsi nəticəsində bir nəfər həlak olub, 29 nəfər yaralanıb.

Ajans.az xəbər verir ki, bu barədə Bild qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə iyulun 26-da yerli vaxtla saat 22:00 radələrində Tiergarten parkı yaxınlığındakı Lennestrasse küçəsində baş verib. Şahidlərin sözlərinə görə, ağ rəngli mikroavtobus yüksək sürətlə insanların olduğu əraziyə daxil olub.

Hadisə nəticəsində ən azı bir qadın həyatını itirib, 29 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Çoxsaylı zərərçəkənlərin olması səbəbindən təcili yardım xidmətləri fövqəladə vəziyyət elan edib. Hadisə yerinə 44-dən çox xilasedici və təcili tibbi yardım briqadası cəlb olunub.

Polis ərazini mühasirəyə alıb və şübhəlinin axtarışına başlayıb. Şahidlərin ifadəsinə görə, sürücü avtomobildən düşərək hadisə yerindən qaçıb.

Məlumata əsasən, daha sonra Spandau rayonunda keçirilən polis əməliyyatı zamanı şübhəli zərərsizləşdirilib. Bildirilir ki, həmin şəxs daha əvvəl terror aktı hazırlamaqda ittiham olunub və məcburi deradikallaşdırma proqramında iştirak edirmiş.

Qeyd edək ki, hadisədən bir gün əvvəl, iyulun 25-də Berlində LGBT hüquqlarına dəstək məqsədilə kütləvi tədbir keçirilmişdi. İnsidentdən sonra təşkilatçılar tədbirin dayandırıldığını elan edib, Brandenburq qapısı yaxınlığındakı məlumat ekranlarında "Təxliyə" xəbərdarlığı göstərilib və iştirakçılardan ərazini sakit şəkildə tərk etmələri istənilib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Almaniya Berlin

Digər Xəbərlər