Reklam resmi
Reklam resmi

Netanyahu-Tramp görüşü: Əsas mövzu İran olacaq

Netanyahu-Tramp görüşü: Əsas mövzu İran olacaq
Dünya

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla keçiriləcək görüşdə gündəmdə olan bütün məsələləri, xüsusilə də İranla bağlı vəziyyəti müzakirə etməyi planlaşdırdığını bildirib.

Ajans.az xəbər verir ki, Netanyahu Vaşinqtona yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında qeyd edib ki, bu, Trampın ikinci prezidentlik müddətinə başlamasından sonra onların səkkizinci görüşü olacaq.

"Prezident Trampla görüşmək üçün Vaşinqtona gedirəm. Baş nazir kimi təcrübəm göstərir ki, belə mürəkkəb dövrlərdə böyük qətiyyət və müdrikliklə hərəkət etmək lazımdır. Gündəmdə olan bütün məsələləri, xüsusilə də İran məsələsini müzakirə edəcəyik", – deyə Netanyahu bildirib.

Baş nazirin çıxışının videogörüntüləri onun ofisi tərəfindən yayımlanıb. Görüşün gündəliyində regional təhlükəsizlik, Yaxın Şərqdəki vəziyyət və ikitərəfli əməkdaşlıq məsələlərinin də yer alacağı gözlənilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
İran İsrail ABŞ

Digər Xəbərlər