Bu ölkədə hicab QADAĞAN OLUNDU
Tacikistanda hicab, uzun saqqal və ərəb üslublu geyimlərin istifadəsinə qanunvericilik səviyyəsində məhdudiyyətlər tətbiq olunub.
Ajans.az Nuz.uz portalına istinadən xəbər verir ki, hakimiyyət bu cür geyim və görünüşün ölkənin milli ənənələrinə uyğun olmadığını bildirir.
Qanuna əsasən, "Tacikistan mədəniyyətinə yad" hesab edilən geyimlərin geyinilməsi və ölkəyə idxalı məhdudlaşdırılıb.
Rəsmi qurumların açıqlamasına görə, bu tədbirlər dini radikalizm və ekstremizmlə mübarizə məqsədilə həyata keçirilir.
Hakimiyyət orqanları əhali arasında maarifləndirmə kampaniyaları aparır və qadınları ənənəvi tacik milli geyimlərinə üstünlük verməyə çağırır.
Eyni zamanda, hüquq-mühafizə orqanları dini ekstremizmlə əlaqələndirilən uzun saqqal saxlayan şəxslərlə bağlı nəzarət tədbirlərini gücləndirib.
Mövzular: