Reklam resmi
Reklam resmi

Rusiyalı jurnalist azadlığa buraxılıb

Rusiyalı jurnalist azadlığa buraxılıb
Dünya

Rusiyada şantaj ittihamı ilə məhkum olunan jurnalist Aleksandra Bayazitova azadlığa buraxılıb.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, Bayazitova 2023-cü ildə Promsvyazbankın yüksək vəzifəli rəhbərlərindən birini şantaj etməkdə təqsirli bilinərək 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi.

O, cəzasını Vladimir vilayətində yerləşən cəzaçəkmə müəssisəsində çəkir və həbsxanada dərzi kimi çalışırdı.

Məlumata görə, zərərçəkmiş qismində tanınan Promsvyazbankın top-meneceri Bayazitovaya şərti cəza verilməsini xahiş etmişdi. Bundan əlavə, Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurası jurnalistin məhkəməyədək həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını təklif etmişdi.

Bildirilir ki, Aleksandra Bayazitova şəkərli diabet, arterial hipertoniya və qlaukoma xəstəliyindən əziyyət çəkir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Aleksandra Bayazitova

Digər Xəbərlər