Reklam resmi
Reklam resmi

Ukrayna-Rusiya müharibəsinə bu ölkələrdə QOŞULDU

Ukrayna-Rusiya müharibəsinə bu ölkələrdə QOŞULDU
Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski İran və Şimali Koreyanın artıq Ukraynaya qarşı müharibədə iştirak etdiyini bildirib.

Ajans.az xəbər verir ki, o,, bu barədə Sky News telekanalına müsahibəsində danışıb.

“Yeni cəbhənin açılmaması üçün əlimizdən gələni etməliyik. Amma eyni zamanda dürüst olmalıyıq. İranlılar və Şimali Koreyalılar artıq bizə hücum ediblər”, – deyə Zelenski bildirib.

Ukrayna lideri bu fikrini İranın Rusiyaya "Şahed" (Geran adı ilə istifadə olunan) pilotsuz uçuş aparatlarının istehsalı üçün texnologiya təqdim etməsi ilə əsaslandırıb.

Zelenski həmçinin İran Xarici İşlər Nazirliyinin Ukraynanın Xəzər dənizində ticarət gəmisinə hücumundan sonra Tehranın cavab tədbirləri görmək hüququnu özündə saxladığına dair bəyanatını da şərh edib. O, bu məsələyə münasibət bildirərək İranın artıq münaqişədə iştirak etdiyini vurğulayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ukrayna Rusiya

Digər Xəbərlər