Reklam resmi
Reklam resmi

Günəşdə güclü PARTLAYIŞ

Günəşdə güclü PARTLAYIŞ
Dünya

Günəşdə M sinfinə aid güclü alışma (partlayış) qeydə alınıb.

Ajans.az xəbər verir ki, bu barədə Fedorov adına Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

Məlumata görə, iyulun 27-də Moskva vaxtı ilə saat 05:43-də (Bakı vaxtı ilə 06:43) 4494 nömrəli günəş ləkəsi qrupunda (S04W03) rentgen diapazonunda 16 dəqiqə davam edən M1.0 sinifli alışma müşahidə olunub.

Mütəxəssislər bildirirlər ki, Günəş alışmaları rentgen şüalanmasının intensivliyinə görə A, B, C, M və X olmaqla beş sinfə bölünür. Ən zəif sinif A, ən güclü isə X hesab olunur. Hər növbəti sinif əvvəlkindən təxminən 10 dəfə daha yüksək enerji ilə xarakterizə olunur.

Qeyd olunur ki, Günəş alışmaları çox vaxt plazma kütləsinin kosmosa atılması ilə müşayiət edilir. Belə plazma buludları Yerə çatdığı təqdirdə maqnit qasırğalarına səbəb ola, rabitə sistemlərinin, peyk avadanlıqlarının fəaliyyətinə və naviqasiya sistemlərinə təsir göstərə bilər.

author picture
Leyla Bayandurlu
Mövzular:
Günəş partlayış

Digər Xəbərlər