Reklam resmi
Reklam resmi

Dünya futbolunun əfsanəsi Rusiya ilə əlaqələrinə görə VƏZİFƏ ALA BİLMƏDİ

Dünya futbolunun əfsanəsi Rusiya ilə əlaqələrinə görə VƏZİFƏ ALA BİLMƏDİ
Dünya

Dünya futbolunun əfsanəsi, 2006-cı il dünya çempionu Andrea Pirlo Rusiya ilə əlaqələrinə görə İtaliya milli komandasında vəzifə ala bilməyib.

Ajans.az La Gazzetta dello Sport nəşrinə istinadən xəbər verir ki, Pirlo İtaliya millisinin baş məşqçisi postuna namizədlərdən biri olsa da, onun təyinatı İtaliya Futbol Federasiyasının prezidenti tərəfindən bloklanıb.

Bildirilib ki, buna səbəb Pirlonun Rusiya mərc şirkəti ilə əməkdaşlığı olub.

Məlumata görə, hazırda idman direktoru vəzifəsini tutan Paolo Maldini də milli komandadakı postunu tərk etməyə yaxındır. O, bu vəzifəyə cəmi 16 gün əvvəl təyin olunub.

Qeyd edək ki, Pirlo Rusiya mərc şirkəti ilə əməkdaşlıq çərçivəsində Moskvanın "Spartak""Krasnodar" komandaları arasında keçirilən Superkubok oyununda iştirak edib. Səfərdə onu 2006-cı il dünya çempionu Marko Materatsi müşayiət edib. Materatsi daha sonra Rusiyaya səfərinə görə ictimaiyyət qarşısında üzr istəyib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Dünya futbolu Andrea Pirlo Rusiya

Digər Xəbərlər