Reklam resmi
Reklam resmi

Bu dağ UNESCO-nun Dünya İrs Siyahısına DAXİL OLUNDU

Bu dağ UNESCO-nun Dünya İrs Siyahısına DAXİL OLUNDU
Dünya

Yunanıstanın ən yüksək zirvəsi olan Olimp dağı UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Bununla da Yunanıstanın 12 il davam edən müraciət prosesi uğurla başa çatıb.

Ajans.az xəbər verir ki, qərar Cənubi Koreyanın Busan şəhərində keçirilən UNESCO-nun Dünya İrs Komitəsinin 48-ci sessiyasında yekdilliklə qəbul edilib. Olimp dağı həm mədəni, həm də təbii əhəmiyyətinə görə qarışıq irs obyekti statusu alıb.

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bu hadisəni "böyük milli nailiyyət" adlandırıb.

"Olimp dağı bu gündən etibarən təkcə Yunanıstanın deyil, bütün bəşəriyyətin irsidir və əbədi olaraq qorunmalıdır", – deyə baş nazir sosial şəbəkədə bildirib.

Dəniz səviyyəsindən 2918 metr yüksəklikdə yerləşən Olimp dağı 2014-cü ildən UNESCO-nun ilkin siyahısında idi. Onun Dünya İrs Siyahısına daxil edilməsi ilə bağlı müraciət prosesi təxminən 12 il davam edib.

UNESCO yanında Yunanıstan nümayəndə heyətinin rəhbəri Georgios Kumutsakos bildirib ki, bu qərar Olimp dağının qorunması istiqamətində mühüm addımdır və gələcək nəsillər üçün onun təbii və mədəni irsinin saxlanılmasına xidmət edəcək.

Qədim yunan mifologiyasına görə, Olimp dağı Zevs və digər 12 Olimpiya tanrısının məskəni hesab olunur. Dağ zəngin biomüxtəlifliyi, nadir bitki və heyvan növləri, arxeoloji abidələri və tarixi əhəmiyyəti ilə Yunanıstanın ən qiymətli təbii-mədəni ərazilərindən biri sayılır.

Yerli hakimiyyət orqanları UNESCO-nun qərarının bölgənin qorunması və ekoloji tarazlığın saxlanılması baxımından böyük məsuliyyət yaratdığını vurğulayıblar.

author picture
Leyla Bayandurlu
Mövzular:
Yunanıstan Olimp dağı UNESCO

Digər Xəbərlər