Tramp özünü Amerikanın xilaskarı ADLANDIRDI
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə paylaşdığı süni intellekt vasitəsilə hazırlanmış görüntülərdə özünü "Amerikanın xilaskarı" və "sülhün müdafiəçisi" kimi təqdim edib.
Ajans.az xəbər verir ki, Tramp bu paylaşımları Truth Social platformasındakı rəsmi hesabında yayımlayıb.
Paylaşımlardan birində Trampın həyatının müxtəlif dövrlərinə aid dörd fotosu yer alıb və üzərində "Amerikanı xilas edən adam" ifadəsi yazılıb.
Digər görüntüdə isə Tramp İran bayraqları və partlayış fonunda təsvir edilib. Şəklin üzərində "Sülhün müdafiəçisi" sözləri qeyd olunub.
Ağ Ev rəhbəri sözügedən paylaşımlarla bağlı əlavə açıqlama verməyib.
Mövzular: