Reklam resmi
Reklam resmi

ABŞ-də FACİƏ: Ərini pedofiliyada ittiham edən bloger ÖLDÜRÜLDÜ

ABŞ-də FACİƏ: Ərini pedofiliyada ittiham edən bloger ÖLDÜRÜLDÜ
Dünya

ABŞ-də məşhur bloqçu Sara Gilson boşanma prosesində olduğu əri tərəfindən qətlə yetirilib. 

Ajans.az People nəşrinə istinadən xəbər verir ki, hadisə Gilsonun sosial şəbəkədə keçmiş ərini pedofiliyada ittiham edən paylaşımından cəmi 12 gün sonra baş verib.

43 yaşlı Sara Gilson iyulun 11-də TikTok-da məşhur "Netflix Documentary" trendinə qoşularaq video paylaşıb. O, videoya "Netflix-in keçmiş ərimin pedofil olduğunu öyrəndiyi barədə sənədli film çəkəcəyi günə hazırlaşıram" sözlərini yazıb. Paylaşımın altında isə "Kaş ki, bu, zarafat olsaydı" qeydi yer alıb.

İyulun 23-ü axşam saatlarında Sara Gilson və 48 yaşlı əri Jeremiah "Sean" Daffy Oklahoma ştatının Ovasso şəhərində yerləşən evlərində güllə yaraları ilə ölü tapılıblar. Evdə olan uşaq hadisə ilə bağlı 911 xidmətinə zəng edib.

Ovasso Polis İdarəsinin məlumatına görə, ilkin araşdırma nəticəsində Jeremiah Daffynin əvvəlcə həyat yoldaşını güllələdiyi, daha sonra isə intihar etdiyi müəyyən edilib. Onların şəxsiyyəti ailə üzvləri tərəfindən təsdiqlənib.

Məlumata görə, Sara Gilson əvvəllər də ərindən qorunmaq üçün məhkəməyə müraciət edib. O, 2021-ci ildə iki dəfə mühafizə orderi almağa çalışsa da, məhkəmə iclaslarına qatılmadığı üçün müraciətləri təmin edilməyib.

Cari ilin 10 iyun tarixində Gilson yenidən təcili mühafizə orderi üçün müraciət edib. Məhkəmə Jeremiah Daffyə birgə yaşadıqları evi tərk etməyi və həyat yoldaşına 100 yarddan (təxminən 91 metr) yaxınlaşmamağı tapşırıb. İyunun 23-də isə mühafizə orderinin müddəti avqustun 24-dək uzadılıb.

Məhkəməyə təqdim olunan sənədlərdə Gilson ərinin odlu silah saxladığını, intihar hədələri etdiyini və davranışlarının təhlükəli olduğunu bildirib.

Həmin gün Jeremiah Daffyə qarşı daha bir mühafizə orderi də verilib. Bu dəfə müraciət yerli sakinin 15 yaşlı qızının adından edilib.

İstintaq materiallarına əsasən, Daffy məşqçisi olduğu yeniyetmə qızı öpməkdə və ona toxunmaqda ittiham olunur. Bildirilir ki, hadisənin şahidi digər məşqçi də olub. Qız daha sonra anasına kişinin əvvəllər də ona mesajlar yazdığını, səfər zamanı otel otağına dəvət etdiyini və baş verənlər barədə danışmaması üçün pul təklif etdiyini deyib.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Sara Gilson

Digər Xəbərlər