Bu ölkədə tarixi zavod cəmi 1 avroya SATILIR
Almaniyada 19-cu əsrə aid tarixi sənaye kompleksi cəmi 1 avro başlanğıc qiymətlə satışa çıxarılıb.
Ajans.az Bild qəzetinə istinadən xəbər verir ki, hərraca çıxarılan iri zavod ərazisi Saksoniya-Anhalt əyalətində, Maqdeburqun şimalında yerləşən Tangerhütte şəhərində yerləşir. Burada 1842-ci ildə dəmir filizi yataqları aşkar edildikdən sonra zavod tikilib və qısa müddətdə kənd qlobal sənaye mərkəzinə çevrilib.
Mövzular: