Reklam resmi
Reklam resmi

Gürcüstanda güclü sel  - Yol ÇÖKÜB

Gürcüstanda güclü sel  - Yol ÇÖKÜB
Dünya

Gürcüstanın Tuşetidə bölgəsində yağan leysan yağışları və dağlarda qarın əriməsi nəticəsində güclü daşqınlara səbəb olub.

 Ajans.az xəbər verir ki, bu barədə Tuşeti Qorunan Ərazilər Agentliyi məlumat yayıb.

Bildirilir ki, Tuşeti bölgəsində yağan aramsız leysan yağışları və qarın sürətlə əriməsi səbəbindən çaylarda suyun səviyyəsi həddindən çox artıb, sel suları Şenako kəndini digər yaşayış məntəqələri ilə birləşdirən körpünü tamamilə yuyub aparıb, yolun bir hissəsi çöküb.

Agentlik yerli əhaliyə və turistlərə müraciət edərək onları körpü istiqamətində hərəkət etməməyə, evlərdən və otellərdən çıxmamağa çağırıb.

Bildirilir ki, torpağın çökməsi prosesi hələ də dinamik olaraq qalır. Bu səbəbdən zədələnmiş yol hissəsinə nəqliyyat vasitəsilə yaxınlaşmaq qəti qadağandır.

Mövzular:
Gürcüstan Tuşeti bölgəsi sel çökmə

Digər Xəbərlər