Reklam resmi
Reklam resmi

Bu ölkədə fövqəladə vəziyyət: Nəqliyyat İFLİC OLDU

Bu ölkədə fövqəladə vəziyyət: Nəqliyyat İFLİC OLDU
Dünya

Rusiyanın Dağıstan Respublikasında yağan güclü yağışlar nəticəsində altı rayonda yerləşən 18 yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib.

Ajans.az xəbər verir ki, bu barədə Dağıstanavtodor Dövlət Müəssisəsinin Telegram kanalında məlumat verilib.

Bildirilib ki, iyulun 8-i, 16-sı və 19-da yağan intensiv yağışlar regional və bələdiyyələrarası avtomobil yollarına ciddi ziyan vurub. İyulun 20-si saat 11:00-a olan məlumata əsasən, altı rayonda 18 yaşayış məntəqəsinə nəqliyyatın hərəkəti mümkün deyil.

Məlumata görə, Aqul, Gergebil, Daxadayev, Rutul, Tlyarata, Untsukul və Çaroda rayonlarında yol eroziyası, palçıq axınları, torpaq sürüşmələri, eləcə də körpülər və suötürücü qurğuların zədələnməsi səbəbindən hərəkətə məhdudiyyətlər tətbiq olunub.

Hazırda bəzi ərazilərdə bərpa işləri aparılır. Digər ərazilərdə isə suyun səviyyəsi aşağı düşdükdən və infrastrukturun vəziyyəti qiymətləndirildikdən sonra təmir işlərinə başlanacağı bildirilib.

author picture
Leyla Bayandurlu
Mövzular:
fövqəladə vəziyyət Dağıstan Rusiya

Digər Xəbərlər