HƏMAS-ın yüksəkrütbəli rəsmisi MƏHV EDİLİB
İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının cənub hissəsində radikal HƏMAS qruplaşmasının hərbi qanadına mənsub bölük komandirini zərərsizləşdirib. Bildirilir ki, həmin şəxs "Xan-Yunis" briqadası daxilində təbliğat işlərini idarə edib və 2023-cü ilin 7 oktyabrında İsrailə edilən hücumun ardınca Fələstin anklavında israilli girovların saxlanmasında iştirak edib.
Ajans.az xəbər verir ki, bu barədə SAXAL-ın mətbuat xidməti bəyanat yayıb.
Məlumata görə, məhv edilən şəxs əvvəllər HƏMAS liderlərinin təhlükəsizliyini təmin etməyə cavabdeh olub.
"İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda Xan-Yunis rayonuna zərbə endirib və HƏMAS-ın bölük komandiri Ənəs Mahmud Əhməd Həmdanı məhv edib. Onun məhv edilməsi mühüm mərhələni qeyd edir, çünki HƏMAS-ın yüksək rütbəli liderlərinin təhlükəsizliyinin təmin edilməsində əsas rol oynamış terrorçu öldürülüb", - deyə bəyanatda bildirilir.
Mövzular: