Zəncirvari QƏZA: Böyük tıxac yarandı
Bakı şəhərinin Qaradağ rayonu ərazisində, Lökbatan yolunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, hadisə nəticəsində yolda böyük tıxac yaranıb.
İlkin məlumata görə, 5-dən çox avtomobil qəzaya düşüb.
Hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.
Qəzanın başvermə səbəbi və xəsarət alanların olub-olmaması ilə bağlı rəsmi məlumat açıqlanmayıb. (oxu.az)
Mövzular: