Reklam resmi
Reklam resmi

Ermənistan Rusiyanı ALDATDI

Ermənistan Rusiyanı ALDATDI
Dünya

Bu gün Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti (Rosselxoznadzor) İranın Bitki Mühafizəsi Təşkilatından Rusiyaya ixrac üçün fitosanitar sertifikatların verilməsini müvəqqəti dayandırmağı istəyib. Bununla bağlı, sözügedən xidmətin internet saytında məlumat paylaşılıb.

Ajans.az xəbər verir ki, bu addım 2026-cı ildə İrandan Rusiyaya gül göndərişlərinin kəskin artması fonunda atılıb.

Rosselxoznadzor ehtimal edir ki, söhbət Rusiyanın idxal məhdudiyyəti tətbiq etdiyi Ermənistandan gətirilən güllərin İran üzərindən təkrar ixracından gedir.

Bəyanatda qeyd olunur ki, fitosanitar sertifikatlarda məhsulların mənşə ölkəsi İran göstərilsə də, güllərin xarici görünüşü və qablaşdırılması əvvəllər Ermənistandan idxal olunan məhsullarla eynidir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Ermənistan

Digər Xəbərlər