Reklam resmi
Reklam resmi

2026 Dünya Kubokunda tarixi YENİLİK

2026 Dünya Kubokunda tarixi YENİLİK
Dünya

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) futbol tarixində ilk dəfə Dünya Kubokunun qaliblərinə çempionluq üzükləri təqdim edəcəyini açıqlayıb.

Ajans.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ilk dəfə olaraq FİFA-nın təşkil etdiyi turnirin qalibləri çempionluq üzükləri ilə təltif olunacaqlar. Bu ənənə uzun illərdir Şimali Amerikanın peşəkar idman liqalarında tətbiq olunur. Qeyd edək ki, 2026-cı il Dünya Kuboku ABŞ, Kanada və Meksikada keçirilir.

Məlumata görə, hər bir üzük turnirin ilini simvolizə edən ümumilikdə 2 026 ədəd məhdud sayda istehsal ediləcək və fərdi nömrələnəcək. Onlardan 30-u çempion komandanın futbolçularına və məşqçilərinə təqdim olunacaq, qalan 1 996 üzük isə FİFA-nın rəsmi lisenziyalı məhsulu kimi satışa çıxarılacaq.

Üzüklərin bir tərəfində Dünya Kubokunun kuboku, digər tərəfində isə qalib komandanın gerbi həkk olunacaq. Hər bir üzük fərdi ölçüyə uyğun hazırlanacaq və orijinallıq sertifikatı ilə təqdim ediləcək.

Final oyunundan dərhal sonra qalib komandanın kapitanı və baş məşqçisinə simvolik müvəqqəti üzüklər təqdim ediləcək. Daha sonra isə futbolçular və məşqçilər üçün xüsusi hazırlanacaq 30 çempionluq üzüyü rəsmi mərasimdə sahiblərinə veriləcək.

author picture
Leyla Bayandurlu
Mövzular:
2026 Dünya Kuboku FİFA

Digər Xəbərlər