Reklam resmi
Reklam resmi

Bu ölkədə dəhşətli HÜCÜM-ÖLƏNLƏR VAR

Bu ölkədə dəhşətli HÜCÜM-ÖLƏNLƏR VAR
Dünya

Çexiyanın paytaxtı Praqada balta və bıçaqla silahlanmış kişi iki nəfərə hücum edib. Hadisə nəticəsində bir nəfər ölüb.

Ajans.az xəbər verir ki, bu barədə şəhər polisinin sözçüsü Riçard Hrdina məlumat verib.

Məlumata görə, insident iyulun 16-da axşam saatlarında Klinik və Eksperimental Tibb İnstitutunun yataqxanasında baş verib. Hücum edən şəxs binaya daxil olaraq iki nəfərə xəsarət yetirib.

Bildirilib ki, hadisənin bütün iştirakçıları institutun əməkdaşları olub və zərərçəkənlərin hər ikisi Çexiya vətəndaşıdır. Yaralılardan biri aldığı ağır xəsarətlər nəticəsində həyatını itirib.

Hadisə yerinə gələn polis əməkdaşları onlara da hücum etməyə cəhd göstərən şəxslə qarşılaşıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları xidməti silahdan istifadə edərək hücumçunu zərərsizləşdiriblər.

Hadisənin motivi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır və polis istintaqın maraqları naminə əlavə məlumat açıqlamır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Çexiya Praqa

Digər Xəbərlər