Reklam resmi
Reklam resmi

İsrail parlamenti buraxıldı 

İsrail parlamenti buraxıldı 
Dünya

 İsrail parlamenti oktyabrın 27-nə təyin edilmiş seçkilər öncəsi özünün rəsmi buraxılması barədə qanun layihəsini qəbul edib. 

Ajans.az  xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, Knessetin 120 üzvündən 62-si qanun layihəsinin lehinə səs verib. Qanun layihəsinin əleyhinə səs verən və ya bitərəf qalan olmayıb. 

Bununla da, iyulun 17-dən tətilə çıxan parlament seçkilərin nəticələrinə əsasən, yeni tərkib formalaşdırıldıqdan sonra fəaliyyətini bərpa edəcək.

Bildirilib ki, parlamentin hazırkı, 25-ci çağırışı 1988-ci ildən sonra 4 illik səlahiyyət müddətini tam başa vuran ilk çağırış olub. Bundan əvvəlki digər çağırışlar vaxtından əvvəl buraxılıb.

Mövzular:
İsrail İsrail parlamenti Qanun layihəsi Knesset

Digər Xəbərlər