Azərbaycanın təbii qaz ixracı artıb
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycandan xaricə qaz ixracı 12,7 milyard kubmetr təşkil edib.
Ajans.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin məlumatında bildirilib.
Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 milyard kubmetr və ya 5% çoxdur.
Hesabat dövründə Azərbaycandan xaricə qaz ixracının 5,9 milyard kubmetri (0,2 milyard kubmetr və ya 3,3% az) Avropanın, 4,9 milyard kubmetri (ötən ilin eyni dövrü ilə müqayisədə eyni səviyyədə qalıb) Türkiyənin (o cümlədən TANAP-la 3 milyard kubmetr), 1,2 milyard kubmetri (0,1 milyard kubmetr və ya 9,1% çox) Gürcüstanın, 0,7 milyard kubmetri isə Suriyayanın payına düşüb.
Mövzular: