Reklam resmi
Reklam resmi

Rusiya Kramatorsku VURDU

Rusiya Kramatorsku VURDU
Dünya

Rusiyanın Donetsk vilayətinin Kramatorsk icmasına endirdiyi zərbələr nəticəsində azı 4 nəfər həlak olub, 13 nəfər isə yaralanıb.

Ajans.az xəbər verir ki, bu barədə Vadim Filaşkin teleqram kanalında məlumat yayıb.

Bildirilib ki, ölənlər arasında 14 yaşlı yeniyetmə də var.

Məlumata görə, Rusiya qoşunları günorta saatlarında KramatorskBelenkoye yaşayış məntəqələrinə yeddi idarəolunan aviabomba atıb. Bombalardan biri çoxmərtəbəli yaşayış binasına, digəri mağazaya, qalanları isə fərdi yaşayış evlərinin yerləşdiyi əraziyə düşüb.

Hazırda hadisə yerlərində aidiyyəti xidmətlər fəaliyyət göstərir, yaralananlara tibbi yardım göstərilir.

Mövzular:
Rusiya Kramatorsk ÖLÜM yeniyetmə Belenkoye qoşun

Digər Xəbərlər