Reklam resmi
Reklam resmi

ABŞ hərbi bazasında ayı marketə girərək şaftalı OĞURLADI

ABŞ hərbi bazasında ayı marketə girərək şaftalı OĞURLADI
Dünya

ABŞ-nin Alyaska ştatındakı Elmendorf-Riçardson Birgə Hərbi Bazasının ərazisində yerləşən ticarət mərkəzinə ayı daxil olub.

Ajans.az xəbər verir ki, bu barədə yerli KTUU televiziya kanalı məlumat yayıb.

Baza rəhbərliyinin sözçüsünün bildirdiyinə görə, hadisə bazar günü səhər saatlarında, ticarət mərkəzində işçilər və müştərilər olduğu vaxt baş verib.

Məlumata əsasən, ayı avtomatik qapılardan binaya daxil olub, kafeteryadan bir neçə şaftalı götürərək yeyib. Daha sonra dəhlizdən keçərək binanı tərk edib. Hadisə müşahidə kameraları tərəfindən qeydə alınıb.

Vəhşi təbiət üzrə mütəxəssis Kolet Brandtın sözlərinə görə, hadisədən sonra müvafiq xidmət əməkdaşları ayını təhlükəsiz şəkildə meşəlik əraziyə yönləndiriblər.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ ayı ABŞ hərbi bazası

Digər Xəbərlər