Reklam resmi
Reklam resmi

Ağır QƏZA: Avtomobil SU ARXINA düşdü

Ağır QƏZA: Avtomobil SU ARXINA düşdü
Hadisə

Ağstafanın Həsənsu kəndi ərazisində iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Ajans.az xəbər verir ki, qarşı-qarşıya hərəkətdə olan nəqliyyat vasitələrinin toqquşması nəticəsində zərbənin şiddətindən maşınlardan biri yoldan çıxaraq su arxına düşüb.

Hadisə nəticəsində hər iki sürücü -1970-ci il təvəllüdlü Hicran Əmiraslanov və 1978-ci il təvəllüdlü Vüsal İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal xəstəxanaya çatdırılıblar. İlkin tibbi müdaxilədən sonra onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb. (oxu.az)

Mövzular:
qəza avtomobil toqquşma su arxı xəsarət nəqliyyat vasitəsi

Digər Xəbərlər