Reklam resmi
Reklam resmi

Daşkənddə Özbəkistan və Azərbaycanın IV Regionlararası Forumu keçiriləcək 

Daşkənddə Özbəkistan və Azərbaycanın IV Regionlararası Forumu keçiriləcək 
Siyasət, Xarici siyasət

Özbəkistan və Azərbaycanın IV Regionlararası Forumu iyulun 17-də Daşkənddə keçiriləcək.

Ajans.az xəbər verir ki, bu barədə Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi məlumat yayıb.

Forum Özbəkistan və Azərbaycanın dövlət orqanlarının nümayəndələrini, investorlarını və işgüzar dairələrini bir araya gətirəcək.

Tədbirdə Azərbaycanın aqrobiznes və qida sənayesi, tikinti və tikinti materialları istehsalı, maşınqayırma, informasiya texnologiyaları və rəqəmsal həllər, logistika, səhiyyə, energetika, sənaye istehsalı, eləcə də peşəkar və konsaltinq xidmətləri sahələrində fəaliyyət göstərən aparıcı şirkətlərinin iştirakı gözlənilir.

Forum iki ölkənin şirkətləri arasında işgüzar əlaqələrin genişləndirilməsinə, yeni tərəfdaşların tapılmasına və birgə layihələrin həyata keçirilməsinə töhfə vermək məqsədi daşıyır.

Azərbaycan biznesi ilə əməkdaşlıqda maraqlı olan şirkətlər forumda iştirak etməyə dəvət olunur.

Mövzular:
Özbəkistan azərbaycan daşkənd IV Regionlararası Forum Sənaye və Ticarət Nazirliyi

Digər Xəbərlər