Reklam resmi
Reklam resmi

Putinin reytinqi ardıcıl ikinci həftədir AZALIR

Putinin reytinqi ardıcıl ikinci həftədir AZALIR
Dünya

Rusiyada prezident Vladimir Putinin etibar və fəaliyyətinin bəyənilmə reytinqləri ardıcıl ikinci həftədir ki, azalma nümayiş etdirir.

Ajans.az xəbər verir ki, bu barədə Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTsIOM) keçirdiyi son sorğunun nəticələrində bildirilir.

Sorğunun nəticələrinə əsasən, iyunun 29-dan iyulun 5-dək olan dövrdə Putinin fəaliyyətinin bəyənilmə reytinqi bir həftə əvvəlki 66,9 faizdən 66 faizə enib.

Eyni zamanda, prezidentə etibar səviyyəsi də ardıcıl ikinci həftə azalıb. Bu göstərici əvvəlki həftədə 73,3 faiz olduğu halda, son sorğuda 72,3 faiz təşkil edib. Müqayisə üçün qeyd olunur ki, bundan əvvəlki həftədə etibar göstəricisi 76,7 faiz idi.

VTsIOM bildirib ki, sorğu yenilənmiş metodologiya əsasında keçirilib. Mərkəz may ayının əvvəlindən telefon sorğuları ilə yanaşı, respondentlərlə üzbəüz (qapıdan-qapıya) müsahibələr də aparmağa başlayıb.

Məlumata görə, İctimai Rəy Fondunun (FOM) araşdırması isə göstərib ki, ötən həftə Rusiya sakinlərinin ən çox diqqətini çəkən hadisələr benzin qıtlığı və yanacaq qiymətlərinin artması olub.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Vladimir Putin

Digər Xəbərlər