Reklam resmi
Reklam resmi

ABŞ-də 318 kiloqramlıq baş daşı kişinin üzərinə düşdü:Yerində VƏFAT ETDİ

ABŞ-də 318 kiloqramlıq baş daşı kişinin üzərinə düşdü:Yerində VƏFAT ETDİ
Dünya

ABŞ-də qəbiristanlıqda könüllü işləyən 52 yaşlı Brett MakMaykl 318 kiloqramlıq baş daşının üzərinə düşməsi nəticəsində həyatını itirib.

Ajans.az Daily Mail qəzetinə istinadən xəbər verir ki, hadisə iyunun 26-da Juliet United Methodist Kilsəsinin qəbiristanlığında baş verib.

Bildirilib ki, MakMaykl qəbiristanlıqda ot biçmək üçün könüllü çalışarkən ətrafı təmizləmək məqsədilə məzarlardan birinin baş daşını düzəltməyə cəhd edib. Lakin daşın ağırlığını düzgün hesablamayıb və təxminən 318 kiloqram çəkisi olan baş daşı onun üzərinə aşıb.

Ağır xəsarətlər alan kişi huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas etmək üçün süni tənəffüs aparatına qoşub, beyində yaranan təzyiqi azaltmaq məqsədilə kəllə sümüyünün bir hissəsini çıxarıblar. Bundan əlavə, onda iki boyun fəqərəsinin və topuq sümüyünün sınığı aşkarlanıb.

İyulun 2-də həkimlər Brett MakMaykldə beyin ölümü qeydə alındığını ailəsinə bildiriblər. İki gün sonra ailə onun həyat dəstəyi aparatından ayrılması barədə qərar qəbul edib.

Yaxınlarının sözlərinə görə, MakMaykl xeyirxahlığı, səxavəti və güclü iman sahibi olması ilə tanınırdı. O, Cons dairəsinin Könüllü Yanğından Mühafizə Xidmətinin üzvü idi və eyni zamanda xroniki ağciyər xəstəliyindən əziyyət çəkən, əlil həyat yoldaşı Donnanın əsas qayğıkeşi kimi fəaliyyət göstərirdi.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ qəbiristanlıq

Digər Xəbərlər