Reklam resmi
Reklam resmi

Dünyaca məşhur müğənni VƏFAT ETDİ

Dünyaca məşhur müğənni VƏFAT ETDİ
Dünya

"Total Eclipse of the Heart", "Holding Out for a Hero" və "It's a Heartache" kimi məşhur mahnıları ilə tanınan əfsanəvi müğənni Bonni Taylerin 75 yaşında vəfat etdiyi bildirilir.

Ajans.az  xəbər verir ki, Uels əsilli sənətçinin rəsmi saytında yayımlanan açıqlamada deyilir:

"Bonni Taylerin ailəsi və komandası onun ötən gecə Portuqaliyadakı xəstəxanada gözlənilmədən vəfat etdiyini dərin kədərlə bildirir. O, burada xəstəliyi ilə əlaqədar müalicə alırdı."

Məlumata görə, müğənni may ayında Portuqaliyada təcili bağırsaq əməliyyatı keçirdikdən sonra süni komaya salınmışdı. Ötən ay onun komadan ayıldığı, lakin vəziyyətinin ağır olaraq qaldığı və reanimasiya şöbəsində müalicəsinin davam etdiyi açıqlanmışdı.

Səhhətində yaranan problemlərə görə Bonni Taylerin iyunun 18-də Hərbiyə Cəmil Topuzlu Açıq Hava Teatrında keçirilməsi planlaşdırılan konserti də ləğv edilmişdi.

author picture
Leyla Bayandurlu
Mövzular:
Bonni Tayler Britaniya

Digər Xəbərlər