Reklam resmi
Reklam resmi

Ermənistan Rusiya ilə RAZILIĞA GƏLDİ

Ermənistan Rusiya ilə RAZILIĞA GƏLDİ
Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 6-da Yekaterinburqda rusiyalı həmkarı Mixail Mişustinlə görüşündə ölkəsinin ixrac məhsullarına tətbiq edilən məhdudiyyətlərlə bağlı razılığa gəldiklərini açıqlayıb. 

Ajans.az xəbər verir ki, tərəflər arasında keçirilən müzakirələri açıq, səmimi və dostluq mühitində kimi qiymətləndirən N. Paşinyan detalları hazırda gizli saxlayıb:

"Razılaşmaların təfərrüatlarını açıqlamayacağam. Gözləyək ki, onlar reallığa çevrilsin və nəticəni özünüz görəsiniz".

Rusiya tərəfi bir müddət əvvəl müəyyən pozuntuları əsas gətirərək Ermənistandan gələn mineral sular, spirtli içkilər, eləcə də meyvə-tərəvəz məhsullarının idxalına məhdudiyyətlər qoymuşdu.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ermənistan Rusiya

Digər Xəbərlər