Reklam resmi
Reklam resmi

Qalatasaray Con Duranı transfer edir

Qalatasaray Con Duranı transfer edir
İdman

Türkiyənin "Qalatasaray" klubu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasında çıxış edən hücumçu Con Duranı heyətinə qatır.

Ajans.az xarici mətbuata istinadən xəbər verir ki, tərəflər 22 yaşlı kolumbiyalı futbolçunun birillik icarəsi ilə bağlı razılıq əldə ediblər.

Razılaşmaya əsasən, "cim-bom” Duranın illik maaşının 4 milyon avroluq hissəsini ödəyəcək, qalan məbləğ isə "Əl-Nəsr" tərəfindən qarşılanacaq.

Bildirilib ki, futbolçu yaxın günlərdə transferi rəsmiləşdirmək üçün İstanbula yollanacaq.

Qeyd edək ki, Con Duran 2025/2026-cı illər mövsümünün birinci yarısını “Fənərbağça”da, ikinci hissəsini isə icarə əsasında Rusiyanın "Zenit" klubunda keçirib.

Mövzular:
Qalatasaray Con Duran transfer

Digər Xəbərlər