Reklam resmi
Reklam resmi

Bu ölkədə ayaqqabı fabrikində DƏHŞƏTLİ YANĞIN

Bu ölkədə ayaqqabı fabrikində DƏHŞƏTLİ YANĞIN
Dünya

Çinin şərqində yerləşən Fucien (Fujian) əyalətində ayaqqabı fabrikində baş verən güclü yanğın nəticəsində bir neçə nəfər itkin düşüb, bəzi şəxslərin isə dağıntılar altında qaldığı bildirilir.

Ajans.az xəbər verir ki, bu barədə Xinhua agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Quançjou (Quanzhou) şəhərinin Jiangtou kəndində yerləşən ayaqqabı fabrikində baş verib.

Hadisə yerinə yanğınsöndürmə briqadaları və təcili tibbi yardım xidmətləri cəlb olunub. Lakin xilasedicilərin bildirdiyinə görə, təhlükəli şərait səbəbindən yanğın ocağına yaxınlaşmaq hələlik mümkün deyil.

Yanğının başvermə səbəbi araşdırılır, itkin düşən şəxslərin axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Çin ayaqqabı fabriki

Digər Xəbərlər