Bu ölkədə seçki prosesi başlayır
Fələstin Prezidenti Mahmud Abbas 2026-cı il noyabrın 28-də parlament seçkilərinin keçirilməsi haqqında fərman imzalayıb.
Ajans.az xəbər verir ki, bu barədə Wafa agentliyi məlumat yayıb.
Məlumata görə, prezident seçkilərinin gələn ilin birinci rübündə keçirilməsi planlaşdırılır. Seçkilərin dəqiq tarixi isə qanunvericiliyə uyğun olaraq sonradan müəyyən ediləcək.
Fərmanda bildirilir ki, qərar demokratiyanın əsaslarının möhkəmləndirilməsi və Fələstin Dövlətində başlanmış seçki prosesinin başa çatdırılması məqsədi daşıyır.
Qeyd edək ki, Mahmud Abbas daha əvvəl parlament seçkilərinin noyabrın 1-də keçirilməsini nəzərdə tutan qərar qəbul etmişdi.
Mövzular: