Rusiya öz helokopterini VURDU
Rusiyanın mobil hava hücumundan müdafiə qrupu pilotsuz uçuş aparatlarına qarşı əməliyyat zamanı səhvən özünə məxsus Ka-52 Alligator hücum helikopterini vurub.
Ajans.az xəbər verir ki, bu barədə Forbes jurnalı məlumat yayıb.
Məlumata görə, helikopter Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını zərərsizləşdirmək üçün əməliyyat həyata keçirərkən, eyni missiyada iştirak edən yerüstü mobil hava hücumundan müdafiə qrupu tərəfindən hədəf alınıb.
Nəşr qeyd edir ki, bu, Rusiya ordusunda baş verən ilk belə hadisə deyil. Bununla belə, Ka-52 kimi bahalı döyüş helikopterinin vurulması nəticələri baxımından ən ciddi insidentlərdən biri hesab olunur.
Məlumata əsasən, Rusiyanın hava hücumundan müdafiə qüvvələri genişmiqyaslı müharibə başlayandan bəri ən azı yeddi helikopteri səhvən vurub. Onlardan bir neçəsi pilotsuz uçuş aparatlarını izləyərkən dost atəşinə məruz qalıb.