“Park Yasamal” layihəsində yeni mənzil imkanları – “Kristal”
Bakıda mənzil bazarında alıcıların gözləntiləri ildən-ilə dəyişir. Bu gün mənzil seçərkən qiymət və yerləşmə ilə yanaşı, yaşayış mühiti, təhlükəsizlik, yaşıllıq sahələri, nəqliyyat əlçatanlığı və kompleksdaxili infrastruktur da əsas seçim meyarları sırasında yer alır.
Ajans.az xəbər verir ki, bu baxımdan “Park Yasamal” yaşayış kompleksi alıcıların maraq göstərdiyi layihələrdən biri olaraq qalır. Bir neçə mərhələdən ibarət layihə çərçivəsində həm təhvil verilmiş binalarda, hazır mənzillər, həm də tikintisi davam edən binalarda müxtəlif planlaşdırmaya malik mənzillər satışdadır.

Yasamal
rayonunda yerləşən kompleks şəhərin əsas nəqliyyat istiqamətlərinə rahat çıxışı
və əlverişli yerləşməsi ilə seçilir. Müasir yaşayış tələbləri nəzərə alınaraq
layihələndirilən kompleksdə bütün sahələr üzrə mənzil seçimləri təqdim olunur.
Layihə çərçivəsində hazır 82,39 kv.m-dən 95,97 kv.m-dək 3 otaqlı, 103,32 kv.m-dən 120,47 kv.m-dək 4 otaqlı, eləcə də studiya tipli mənzillər alıcıların ixtiyarına verilir.

Mənzillərin
layihələndirilməsi zamanı funksionallıq və komfort əsas prioritet kimi
götürülüb. Səmərəli planlaşdırma sayəsində hər kvadratmetrdən maksimum istifadə
imkanı yaradılıb, bu isə həm rahat yaşayışı, həm də məkanın daha effektiv təşkilini
təmin edir.
Layihə çərçivəsində
mənzil almaq istəyənlər üçün müxtəlif maliyyələşdirmə imkanları da təqdim
olunur. Alıcılar mənzilləri 20% ilkin ödənişlə 20 ilədək ipoteka krediti, 36
ayadək daxili kredit və ya “Evini hissə-hissə al” modeli vasitəsilə əldə edə bilərlər.
Əməkhaqqı göstəricilərindən asılı olaraq 15% ilkin ödənişlə ipoteka imkanından
istifadə etmək də mümkündür.
Mənzillərin
təmiri zamanı istifadə olunan materiallar da layihənin yüksək keyfiyyətini
aydın şəkildə göstərir: Almaniyanın "HARO” parketləri, İtaliyanın "GEWISS”elektrik
açarları, yanmayan "Prysmian” kabelləri, divarlarda "Zambaiti
Parati” divar kağızları, hamam aksesuarlarında "GROHE”, ümumi və
sanitar sahələrdə isə "Infinity” keramoqranitləri istifadə olunur.
Fasad və pəncərə sistemlərində tətbiq olunan izolyasiya texnologiyaları xarici səs-küyün minimuma endirilməsinə kömək edir. Mənzillərarası döşəmə və divar konstruksiyalarında istifadə edilən xüsusi izolyasiya materialları isə həm istilik itkisinin qarşısını alır, həm də əlavə komfort yaradır.

“Park
Yasamal”ın
üstünlüklərindən biri də kompleksdaxili infrastrukturudur. Ərazidə geniş yaşıllıq sahələri, park və
istirahət zonaları, uşaq oyun meydançaları, idman meydançaları, avtomobilsiz həyət
konsepsiyası, 24/7 təhlükəsizlik sistemi və geniş avtodayanacaq sakinlərin
istifadəsinə verilib.
Kompleksin yaxınlığında məktəb, uşaq bağçası, marketlər, ictimai iaşə obyektləri və digər sosial xidmət müəssisələrinin yerləşməsi gündəlik həyatı daha rahat təşkil etməyə imkan yaradır.
Layihə
barədə ətraflı məlumat almaq üçün satış ofisinə müraciət edə və ya *1544 nömrəsi
ilə əlaqə saxlaya bilərsən.
Ətraflı məlumat:
*1544
Ünvan: Yasamal rayonu, Kamil Rəhimli küçəsi