Gürcüstanın keçmiş müdafiə naziri HƏBS OLUNDU
Gürcüstanın keçmiş müdafiə naziri Baço Axalaya hökuməti devirməyə açıq çağırış etmək ittihamı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ajans.az xəbər verir ki, Bu barədə Gürcüstanın InterPressNews agentliyi məlumat yayıb.
Məlumata görə, hökmü Tbilisi Şəhər Məhkəməsinin hakimi Romeo Tkeşelaşvili elan edib.
İstintaqın məlumatına əsasən, Baço Axalaya 2026-cı il fevralın 16-da keçirilən məhkəmə iclası zamanı hakim "Gürcü Arzusu – Demokratik Gürcüstan" partiyasının qurucusu Bidzina İvanişvilinin hakimiyyətdən devrilməsinə açıq çağırış etməkdə ittiham olunub.
Məhkəmə təqdim olunan materialları araşdırdıqdan sonra Axalayanı təqsirli bilərək ona 2 il 6 ay həbs cəzası təyin edib.
Mövzular: