Reklam resmi
Reklam resmi

Bu ölkədə daşqınlar: ÖLƏNLƏR VAR

Bu ölkədə daşqınlar: ÖLƏNLƏR VAR
Dünya

Hindistanın Mumbay şəhərində aramsız yağışların yaratdığı daşqınlar nəticəsində baş verən bina uçqunu altı nəfərin həyatına son qoyub.

Ajans.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Şəhər rəsmilərinin bildirdiyinə görə, Mumbayın Mankhurd rayonunda gecəqondu ərazisində yerləşən üç çoxmərtəbəli bina uçub. Hadisə nəticəsində beş azyaşlı uşaq və bir qadın həlak olub.

Güclü yağışlar nəticəsində şəhərin müxtəlif hissələrində ağacların aşması da ölümlə nəticələnib. Məlumata görə, iyunun sonundan bəri bu səbəbdən azı üç nəfər həyatını itirib.

Aramsız yağıntılar Mumbay və Pune şəhərlərini birləşdirən magistral yolda da torpaq sürüşmələrinə səbəb olub. Nəticədə yol müvəqqəti bağlanıb və iki şəhər arasında nəqliyyatın hərəkəti ciddi şəkildə məhdudlaşıb.

Daşqınlar və torpaq sürüşmələri səbəbindən bəzi aviareyslər və qatar reysləri də ləğv edilib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Hindistan daşqınlar

Digər Xəbərlər