Reklam resmi
Reklam resmi

Kuba ABŞ-i körpə ölümünün artmasında ittiham etdi

Kuba ABŞ-i körpə ölümünün artmasında ittiham etdi
Dünya

Kuba hakimiyyəti ABŞ-nin tətbiq etdiyi sanksiyaların ölkədə səhiyyə sisteminə ciddi zərbə vurduğunu və körpə ölümünün kəskin artmasına səbəb olduğunu bəyan edib.

Ajans.az xəbər verir ki, bu barədə Havana Universitetinin sosiologiya professoru Marta Nunes Sarmiento "Vesti" agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ-ın siyasəti Kubada həyatın müxtəlif sahələrinə mənfi təsir göstərir. Professor xüsusilə ölkənin elektrik enerjisi sisteminin aşağı gücdə işlədiyini və səhiyyə sektorunun ciddi problemlərlə üzləşdiyini vurğulayıb.

Sarmiento qeyd edib ki, hazırda təxminən 16 min nəfərin şüa terapiyasına ehtiyacı var. O, həmçinin bildirib ki, ölkədə körpə ölümü göstəricisi son dövrdə iki dəfə artıb.

Professorun sözlərinə görə, mövcud vəziyyət ABŞ-ın uzun illərdir tətbiq etdiyi iqtisadi məhdudiyyətlərlə əlaqələndirilir.

Bununla yanaşı, Kuba hökuməti iyulun 7-də BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasını təklif edib. Havana həmin iclasda ABŞ-ın Kubaya qarşı siyasətinin və onun nəticələrinin müzakirə olunmasını istəyir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Kuba ABŞ

Digər Xəbərlər