Reklam resmi
Reklam resmi

Paşinyan: Ermənistan AİB-də iştirakını davam etdirmək niyyətindədir

Paşinyan: Ermənistan AİB-də iştirakını davam etdirmək niyyətindədir
Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi Avrasiya İqtisadi Birliyində (AİB) iştirakını davam etdirməkdə maraqlıdır.

Ajans.az xəbər verir ki,Paşinyan bu bəyanatı Rusiyanın Yekaterinburq şəhərində Baş nazir Mixail Mişustinlə keçirdiyi görüş zamanı səsləndirib.

"Biz Avrasiya İqtisadi Birliyində iştirakımızı davam etdirməkdə və AİB haqqında Müqavilədə nəzərdə tutulan mexanizmlərin nəzərdə tutulduğu kimi işləməsini təmin etməkdə maraqlıyıq. Hesab edirəm ki, bu, AİB-in gələcək inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir", – deyə Paşinyan bildirib.

Ermənistanın baş naziri qeyd edib ki, İttifaq çərçivəsində əməkdaşlığın səmərəli şəkildə davam etdirilməsi həm üzv dövlətlər, həm də AİB-in gələcək inkişafı üçün vacibdir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Nikol Paşinyan Ermənistan Avrasiya İqtisadi Birliyi Rusiya

Digər Xəbərlər