Reklam resmi
Reklam resmi

34000 manatlıq naqil oğurlayanlar SAXLANILDI

34000 manatlıq naqil oğurlayanlar SAXLANILDI
Kriminal

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yerləşən obyektlərin birindən oğurluq etməkdə şübhəli bilinən Mübariz Mütəllimov, Tural Yusifov və Tacir Əliyev saxlanılıblar. 

Bununla bağlı Ajans.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. 

Bu şəxslər obyektdən 34000 manat dəyərində mis naqil oğurlayaraq metal qəbulu məntəqələrinə satıblar.

Faktla bağlı cinayət işi başlanılıb.  Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mövzular:
naqil oğurluq saxlanılan DİN

Digər Xəbərlər