Reklam resmi
Reklam resmi

Bu ölkədə dəhşət: İllərdir təqib edən fil ailəni ÖLDÜRDÜ

Dünya

Nepalda vəhşi filin yaşayış evinə hücumu nəticəsində 25 yaşlı qadın və onun dörd yaşlı oğlu həyatını itirib.

Ajans.az xəbər verir ki, bu barədə Kathmandu Post qəzeti məlumat yayıb.

Hadisə iyulun 5-nə keçən gecə Çitvan rayonunun Caqatpur qəsəbəsində baş verib. Məlumata görə, "Dhurbe" ləqəbli aqressiv vəhşi fil doqquz nəfərin yaşadığı daxmanın divarlarını dağıdaraq içəri daxil olub və 25 yaşlı Aşika Bote ilə onun dörd yaşlı oğluna hücum edib. Hər iki şəxs aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

Ailə üzvləri fili qorxutmaq üçün samanı yandırmağa çalışsalar da, alov qısa müddətdə dağıdılmış daxmaya yayılıb.

Aşika Botenin qayınatası Şaniçara Botenin sözlərinə görə, həmin fil ailəni uzun illərdir təqib edirdi. O bildirib ki, 2012-ci ildə Dhurbe Madi rayonunda onun valideynlərini də tapdalayaraq öldürmüşdü. Bundan sonra ailə təhlükədən uzaq olmaq ümidi ilə Caqatpura köçsə də, fil onları yenidən tapıb.

"Biz böyük çayların o tayında təhlükəsiz olacağımızı düşünürdük. Amma eyni fil bizi yenidən tapdı, evimizi dağıtdı, gəlinimi və nəvəmi öldürdü. Artıq qaçacaq başqa yerimiz yoxdur", – deyə Şaniçara Bote bildirib.

Məlumata görə, Dhurbenin indiyədək azı 25 nəfərin ölümünə səbəb olduğu ehtimal edilir. Hakimiyyət orqanları 2012-ci ildə onu zərərsizləşdirməyə cəhd etsələr də, yaralanan fil meşəyə qaçaraq sağ qalıb və sonradan yenidən yaşayış məntəqələrində görünməyə başlayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Nepal fil

Digər Xəbərlər