Reklam resmi
Reklam resmi

Dünya çempionu həyat yoldaşını vəhşicəsinə DÖYDÜ

Dünya çempionu həyat yoldaşını vəhşicəsinə DÖYDÜ
Dünya

Qazaxıstanın Kökşetau şəhərindən olan dünya və Asiya çempionu, boksçu Temirtas Jusupov həyat yoldaşına qarşı zorakılıq etməkdə ittiham olunur.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, iki övladının anası olan qadın qapalı kəllə-beyin travması, beyin silkələnməsi, beyin ödemi və qıcolmalar diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Zərərçəkənin yaxınları onun daha ağır xəsarətlər – asfiksiya və açıq kəllə-beyin travması aldığını iddia edirlər. Onların vəkilinin sözlərinə görə, xəsarətlərin xarakteri məişət münaqişəsindən daha çox qəsdən adam öldürməyə cəhd ehtimalını gündəmə gətirir.

Qadın neyrocərrahiyyə şöbəsində müalicə aldıqdan sonra öz istəyi ilə xəstəxanadan buraxılaraq evə qayıdıb.

Hadisə ilə bağlı polis cinayət işi açıb. Lakin Temirtas Jusupov saxlanıldıqdan təxminən beş saat sonra sərbəst buraxılıb.

Boksçu mediaya açıqlamasında həyat yoldaşını vurduğunu etiraf edib. O bildirib ki, hadisədən əvvəl qadın ona hücum edib, açarla gözünü zədələməyə və qayçı ilə xəsarət yetirməyə cəhd göstərib. Jusupov öz hərəkətlərini özünümüdafiə kimi qiymətləndirərək həyat yoldaşına ağır zərbələr endirmədiyini iddia edib.

Zərərçəkənin yaxınları isə bildirirlər ki, idmançı azadlığa buraxıldıqdan sonra qadını boşanacağı təqdirdə öldürməklə hədələyib və uşaqların qəyyumluğunu əldə etmək üçün onu ruhi xəstə kimi təqdim edəcəyini deyib.

Akmola Vilayətinin Bədən Tərbiyəsi və İdman İdarəsi hadisə ilə bağlı istintaqın davam etdiyini bildirərək, yekun nəticələr açıqlanmadan tələsik qərar verməməyə çağırıb.

Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Qazaxıstan Temirtas Jusupov

Digər Xəbərlər